Ana Sayfa > Xəbər > "Vağzalı" əvəzinə Dövlət Himni - deputat oğlunun toyunda

"Vağzalı" əvəzinə Dövlət Himni - deputat oğlunun toyunda


25-04-2015, 16:23. Yazar: admin
"Vağzalı" əvəzinə Dövlət Himni - deputat oğlunun toyunda
Millət vəkili Fərəc Quliyev oğluna toy edib. Lent.az qaynar.info-ya istinadən xəbər verir ki, deputatın ortancıl oğlu Nikbin Quliyev aprelin 24-də ailə həyatı qurub. Toy paytaxtda yerləşən şadlıq saraylarının birində baş tutub. Toyun aprelin 24-də qeyd edilməsi də əvvəlcədən düşünülüb. Belə ki, mərasim Çanaqqala zəfərinin 100-cü ildönümü ilə eyni günə düşür.

Toyda daha bir maraqlı hadisə isə bəylə-gəlin restorana daxil olarkən yaşanıb. Adətən ənənəvi hal almış "Vağzalı" musiqisi deyil, Azərbaycan himni səsləndirilib.

Geri dön