Ana Sayfa > Xəbər > Müsavat Partiyasının binasından oğurluq edən şəxs saxlanılıb

Müsavat Partiyasının binasından oğurluq edən şəxs saxlanılıb


22-08-2020, 12:25. Yazar: admin
Müsavat Partiyasının binasından oğurluq edən şəxs saxlanılıb

Müsavat Partiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib.

Bakı Şəhər Baş POlis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Geri dön