Ana Sayfa > Xəbər > Ramiz Mehdiyevin kürəkəni və onun qudası məhkəmə qarşısına çıxarılıb
Ramiz Mehdiyevin kürəkəni və onun qudası məhkəmə qarşısına çıxarılıb22-08-2020, 12:22. Yazar: admin |
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirildi. Oxu.Az-ın məlumatına görə, karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar. Məhkəmə onlar barəsində qərar verəcək. 11.49 Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilir. Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun avqustun 18-də abiq deputat bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi olub. Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanuna müvafiq formada ölçü götürüləcək. Əlavə məlumat verəcəyik. Geri dön |