Ana Sayfa > Xəbər > Baş Prokurorluq: İctimai köməkçilərə gələcəkdə vəsiqə verilə bilər
Baş Prokurorluq: İctimai köməkçilərə gələcəkdə vəsiqə verilə bilər21-08-2020, 09:52. Yazar: admin |
Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. APA-nın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda Prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: “Lakin bu məsələyə gələcəkdə baxıla bilər”. Qeyd edək ki, Baş Prokurorluğun “Instagram” səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək. Vətəndaşlar onlayn sessiyaya qoşularaq prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı suallar verə bilərlər. Geri dön |