Ana Sayfa > Xəbər > Xalq artistlərindən Hacıbala Abutalıbova məktub: “Evimizə “kupça” verin”

Xalq artistlərindən Hacıbala Abutalıbova məktub: “Evimizə “kupça” verin”


25-04-2015, 12:55. Yazar: admin
Xalq artistlərindən Hacıbala Abutalıbova məktub: “Evimizə “kupça” verin”
"Olimp" Mənzil-Tikinti Kooperativinin (MTK) inşa etdiyi binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Hacıbala Abutalıbova məktub yazıb.
Sakinlərin icra hakimiyyətindən tələbi 4 ildən yuxarıdır ki, yaşadıqları mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilməmələridir.

AzNews.az-a verilən məlumata görə, müraciət məktubuna imza atanlar arasında xalq artistləri, tanınmış muğam ifaçıları Qəndab Quliyeva və Könül Xasıyeva da da var.

Tanınmış sənətkarlar bu olayla bağlı fikirlərini AzNews.az-la bölüşüblər.

Xalq artistlərindən Hacıbala Abutalıbova məktub: “Evimizə “kupça” verin”
Qəndab Quliyevabildirib ki, sakinlər adından yazılan məktub Prezident Aparatına, Fövqəladə Hallar Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanıb:"Kupça” almaq üçün hamımız məktuba imza atdıq. Burada çıx tanınmış alimlər yaşayır. Bizə qayda-qanunla "kupça” verilməlidir, amma noolsun ki, hələ də evimizin sənədini ala bilməmişik”.

Könül Xasıyevaisə vurğulayıb ki, 4 ilə yaxındır ki, həmin binada yaşasa da hələ də evlərinin mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilmir:"Hamı kimi biz də istəyirik ki, evimizin sənədini olsun. Başqa heç bir problemimiz yoxdur. İşığımız, suyumuz, qazımız əladır. Bircə evimizin "kupça”sı yoxdur”.

Geri dön