Ana Sayfa > Xəbər > Əslən azərbaycanlı Rəşid İsmayılov Rusiyanın "Beeline" şirkətinin prezidenti təyin edilib

Əslən azərbaycanlı Rəşid İsmayılov Rusiyanın "Beeline" şirkətinin prezidenti təyin edilib


19-08-2020, 12:17. Yazar: admin
Əslən azərbaycanlı Rəşid İsmayılov Rusiyanın "Beeline" şirkətinin prezidenti təyin edilib

Rusiya Federasiyasının Rabitə və Kütləvi İnformasiya nazirinin keçmiş müavini Rəşid İsmayılov "VimpelCom"un ("Beeline" brendi) prezidenti seçilib.

“APA-Economics” “TASS”a istinadən xəbər verir ki, R. İsmayılov 2023-cü ilin avqust ayına qədər üç illik müqavilə imzalayıb.

O, 2014-cü ildən 2018-ci ilə qədər rabitə nazirinin müavini olub, daha sonra Rusiyada "Nokia" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Runet Davamlı İstismar Qanunu çərçivəsində trafik filtrləmə sistemlərini tətbiq edən “Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi”nə rəhbərlik edib.

Qeyd edək ki, R. İsmayılov 2 noyabr 1965-ci ildə Bakıda anadan olub. Moskvadakı SSRİ Xarici İşlər Nazirliyinin internat məktəbini bitirib. İki ali təhsili var.
Geri dön