Ana Sayfa > Xəbər > İŞİD Bağdadinin öldüyünü təsdiqlədi: yeni “xəlifə” kim oldu?

İŞİD Bağdadinin öldüyünü təsdiqlədi: yeni “xəlifə” kim oldu?


25-04-2015, 11:09. Yazar: admin
İŞİD Bağdadinin öldüyünü təsdiqlədi: yeni “xəlifə” kim oldu?
Bir neçə gün əvvəl ABŞ-ın hava hücumu zamanı yaralanan Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq edən İŞİD komandirləri yeni "xəlifə"nin Ebu Ala Al-Afri olduğunu deyib.

Aznews.az xəbər verir ki, İraqın “Waradana” xəbər agentliyinə açıqlama verən mənbə bildirib: "Bağdadi yaralandıqdan sonra aparıldığı Suriyanın Rakka şəhərində həkimin qucağında ölüb".

İŞİD komandirləri Mosul yaxınlığındakı Telafer şəhərinin Səddam məscidində yeni "xəlifə"nin adını açıqlayıb.

Yeni liderin əsil adı Əbdürrəhman Mustafa al-Şeyhlardır. Ebu Ala Al-Afri ona ləqəb kimi verilib.

İraqın Telafer şəhərində anadan olan Afri fizika müəllimidir və ilahiyyat təhsili alıb, ancaq buna baxmayaraq sürücülük edərək pul qazanıb.

O, 1990-cı illərdə Telaferin ilk cihad ideologiyasının maarifləndirici olub. Afrinin çox zaman gizli, bəzən də açıq şəkildə Böyük Bazar Məscidində moizə verdiyi deyilir.

2004-cü ildə doğulduğu şəhərdən qaçan Afri “Əl-Qaidə”yə qoşulub.

Beynəlxalq terror təşkilatının İraqdakı məşvərət şurasının sədri olan Afri sələfi kimi ABŞ tərəfindən göz altına alınıb, ancaq müəyyən bir müddətdən sonra sərbəst buraxılıb.

Geri dön