Ana Sayfa > Xəbər > Deputat: “Adamın pulu az da olar, çox da...”
Deputat: “Adamın pulu az da olar, çox da...”24-04-2015, 15:59. Yazar: admin |
““Pişiyin əli ətə atmayanda, deyər çiydir”, deyib atalarımız. Azərbaycanın uğurları da bəzilərinin yuxusunu ərşə çəkib və onlar öz çirkin mahiyyətini gizlədə bilmirlər”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Qalib Salahzadə söyləyib. Onun sözlərinə görə, ac toyuq yuxuda darı görən kimi, bəziləri özlərini zirvədə görürlər: “Amma unudurlar ki, onların yuxuları da özləri kimi saxtadır və heç zaman çin olmayacaq. Mən üzümü onlara tutub demək istəyirəm ki, I Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə keçiriləcək. Ölkəmizin uğurları qarşıdadır. Azərbaycan bundan sonra da dünyanın inkişaf etmiş ölkələrindən olacaq. Təxribatçı fəaliyyət, məkrli ssenarilər onların özünə qalacaq və onsuz da cəmiyyətdə olmayan nüfuzlarını heçə endirəcək. Ümumilli məsələlərdə belə satqın mövqeyindən çıxış etmək göstərir ki, bu adamlar öz şəxsi maraqları üçün hər şeyi satmağa hazırdırlar. Adamın pulu az da olar, çox da, ancaq bu o demək deyil ki, artıq pul qazanmaq üçün dövlətçilik maraqlarını satmalısan”. Geri dön |