Ana Sayfa > Xəbər > Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin rejimi götürüldü
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin rejimi götürüldü10-08-2020, 10:22. Yazar: admin |
Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub. “Report”un yerli bürosu xəbər verir ki, ötən gün kənddə əhalinin kütləvi testdən keçirilməsi prosesi başa çatdırılıb. Bu gündən Qaracalara giriş-çıxış bərpa olunub, bütün məhdudiyyətlər aradan qaldırılıb. Qeyd edək ki, Qaracalar iyulun 24-dən koronavirusun yayılması təhlükəsi ilə bağlı təcrid olunmuşdu. Qardabanidə indiyədək 71 nəfərdə COVID-19 aşkarlanıb, 10 nəfər artıq sağalıb. Yoluxma hallarının 42-si Qaracalarda qeydə alınıb. Geri dön |