Ana Sayfa > Xəbər > “TikTok”un satış gəlirinin bir hissəsi ABŞ-a veriləcək
“TikTok”un satış gəlirinin bir hissəsi ABŞ-a veriləcək5-08-2020, 03:40. Yazar: admin |
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinin “TikTok” xidmətinin satışından əhəmiyyətli hissə ABŞ-ın Maliyyə Nazirliyinə verilməlidir. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. "Bu məbləğin çox hissəsi ABŞ-ın Maliyyə Nazirliyinə getməlidir", - Tramp xidmətin mümkün satışı haqqında danışarkən deyib. ABŞ rəhbərindən Maliyyə Nazirliyinin gəlirinin bundan necə artacağı soruşulub. Tramp suala belə cavab verib: "Çox sadə. Bizim əlimizdə bütün kartlar var. Bizsiz onlar ABŞ-a gələ bilmirlər". Geri dön |