Ana Sayfa > Xəbər > Milli Olimpiya Stadionu Ginnesin Rekordlar kitabına düşməlidir - Azad Rəhimov
Milli Olimpiya Stadionu Ginnesin Rekordlar kitabına düşməlidir - Azad Rəhimov11-03-2015, 15:02. Yazar: admin |
Gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Stadionunun çökməsi ilə bağlı yaranmış şayiələrə münasibət bildirib. SalamNews xəbər verir ki, nazir Milli Olimpiya Stadionu ilə bağlı şayiələrin Bakı 2015 ilk Avropa Oyunlarının nüfuzuna zərbə vurulması məqsədi ilə yayıldığını deyib. Onun sözlərinə görə, Milli Olimpiya Stadionu ilə bağlı ekspertiza aparılıb: “Bütün qurumlar bu ekspertizada təmsil olunur. Hazırda stadionda böyük və mühüm işlər aparılır. Orada nəsə bir problem aşkar olunsaydı, inşaat işi davam etdirilməzdi. Bu obyektdə hər gün yüzlərlə mütəxəssis işləyir. Belə sürətlə tikildiyinə görə sözügedən stadion Ginnesin Rekordlar kitabına düşməlidir”. Geri dön |