Ana Sayfa > Xəbər > Koçaryan “soyqırım” tədbirinə qatılmayacaq
Koçaryan “soyqırım” tədbirinə qatılmayacaq23-04-2015, 14:45. Yazar: admin |
Ermənistanın ikinci prezidenti Robert Koçaryan hazırda Ermənistanda deyil, o, xaricdə əməliyyat olunub. AzVision.az-ın məlumatına görə, bu barədə “Tert.am” saytına açıqlamasında Koçaryanın ofisinin rəhbəri Viktor Saqomanyan bildirib. “O, Ermənistanda deyil, sabah da burda olmayacaq və beləliklə “soyqırım”ın 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmayacaq”, - deyə Saqomanyan vurğulayıb. Robert Koçaryanının hansı növ əməliyyat keçirməsi barədə sualı Simonyan Koçaryanın ölkəyə qayıtmasından sonra dəqiq cavablandıracağını bildirib. Onun sözlərinə görə, hələ ki, onda bu barədə müvafiq məlumat yoxdur. Geri dön |