Ana Sayfa > Xəbər > “Obama Merkeldən yaxşı bilir” - Politoloq

“Obama Merkeldən yaxşı bilir” - Politoloq


11-03-2015, 15:00. Yazar: admin
“Obama Merkeldən yaxşı bilir” - Politoloq
“Ukrayna ABŞ silahının öz əleyhinə işlədilməsinə görə Putinin əlinə əsas verməkdə heç də maraqlı deyil. Ukrayna böyük dövlətdir. Ukraynada lazımı qədər silah var”.

Vertikal.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında politoloq Vəfa Quluzadə ABŞ-ın Ukraynaya silah göndərilməsi fikrindən imtina etməsinə münasibət bildirərkən deyib. Politoloq vurğulayıb ki, Ukrayna məsələsində ABŞ kimi nəhəng dövlətin Rusiyaya münasibətdə məqsədi var və Ukraynaya silah göndərməkdən imtina edən Barak Obamanın qərarı həqiqəti əks etdirir. “Bundan başqa, ABŞ öz silahlarını Baltikyanı respublikalarda, Polşada, Rusiya ilə həmsərhəd ölkələrdə açıq-aşkar yerləşdirir. Təbii ki, Amerikanın qarşısında duran əsas məqsəd var ki, bu da strateji xarakterlidir. Bu o deməkdir ki, ABŞ Rusiya ilə qarşıdurmada qalib gəlməyi gözə alıb. Bunun üçün ABŞ, hər bir vasitədən istifadə edir. Bundan başqa, Ukrayna dövlətinin özü uzun sürən müharibəyə hazırlaşır. Buna görə də Ukrayna öz ordusunu həm kəmiyyətcə, həm də keyfiyyətcə gücləndirir. Ukrayna dövləti, ehtiyac yaranarsa, Amerika silahlarını Amerikanın adı olmadan başqa NATO ölkələrindən də ala bilər. Ona görə də Barak Obamanın qərarı tamamilə doğudur”.

Politoloq Vəfa Quluzadə həmçinin, Ukrayna məsələsində sabitliyin diplomatik yolla qaydaya düşməsi məsələsinə də toxunub. Ekspert bildirib ki, məhz buna görə Almaniya kansleri Angela Merkelin ABŞ prezidenti Barak Obamanı Ukraynaya silah göndərməməyə inandırması ilə bağlı verilən açıqlama həqiqəti əks etdirmir.

“Bu cür fikirlərin səsləndirilməsi doğru deyil. Çünki, nəyi necə edəcəyini Barak Obama Merkeldən yaxşı bilir. Eyni zamanda, ABŞ-ın Avropada külli miqdarda təşkilatları, səfirlikləri kəşfiyyat orqanları var. Sadəcə, Obama və Merkelin görüşü Amerika-Avropa Birliyini gücləndirməyə yönələn faktordur”.

Qeyd edək ki, Almaniyanın ABŞ-dakı səfiri Peter Vittix açıqlamasında Ağ Ev rəhbəri Barak Obamanın Angela Merkellə görüşdən sonra Ukraynaya silah göndərməkdən imtina etdiyini deyib.

Geri dön