Ana Sayfa > Xəbər > Lerikin icra başçısı ilə bağlı düşündürücü faktlar... (RƏQƏMLƏR)
Lerikin icra başçısı ilə bağlı düşündürücü faktlar... (RƏQƏMLƏR)23-04-2015, 12:04. Yazar: admin |
Redaksiyamıza Lerikdə bu gün hökm sürən və birbaşa olaraq icra başçısına söykənən məmur özbaşınalığı və qanun pozuntuları ilə bağlı ilginc məlumatlar daxil olub. Bildirək ki, ölkənin ən ucqar dağ rayonlarından biri olan Lerik gözdən və könüldən iraq qalıb. Qışın oğlan çağında bu rayona təşrif aparmaq müşkül olduğundan, buraya təyinat almış icra başçıları da vəziyyətdən sui-istifadə etməklə dolanışıqlarını təmin edirlər. Necə ki, büdcə pullarını «silmək» üçün Lerikdə müxtəlif adlar altında işlər görüldüyü sənədləşdirilir. Daxil olan məlumatlara görə, Lerikin icra başçısı Rövşən Bağırov artıq tender sahəsində kifayət qədər peşəkarlaşıb. Rayonun deputatı İqbal Məmmədovla əlbir şəkildə fəaliyyət göstərən icra başçısı qısa müddətdə milyonlarla manat vəsaitin axırına çıxmağı bacarıb. Əldə olunan məlumatlara görə, deputatla şərikli MMC-lər yaradan Rövşən Bağırov indiyə qədər büdcə pullarını dağıtmağın asan yollarını da tapıb. Məsələn, onun abadlıq və yenidənqurma adı altında gördüyü işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ilə sahibkarlar çəkiblər. GUNDEMİNFO.AZ-a verilən xəbərə görə, təkcə 2012-ci ildə abadlıq işlərinin görülməsi adı altında Lerik sahibkarları və müəssisə rəhbərlərindən 110 min manata yaxın pul yığılıb. Məlumatlara görə, Rövşən Bağırovun tapşırığına əsasən keçirilmiş prosesdə sahibkarlar, idarə və müəssisə rəhbərləri həmin pulu hissə-hissə ödəyiblər. Abadlıq işlərini «İnstal Serviz» MMC həyata keçirib ki, onlara da bu işdən bir qədər pul çatıb. Lerikdə görülmüş abadlıq işlərinə gəldikdə isə onların gülməli vəziyyətdə olduğu diqqəti çəkir. Dağ rayonu olan Lerikin yolları dəhşətli durumdadır. Rayonun daxili yollarındakı vəziyyət isə daha acınacaqlıdır. Dəfələrlə icra başçısına edilən şikayətlərə isə məhəl belə qoyulmur. Səbəbi də aydındır: Rövşən Bağırovu pul maraqlandırır, rayonun vəziyyəti yox. GUNDEMİNFO.AZ bildirir ki, Lerikin icra başçısı bu tip işləri mütəmadi olaraq həyata keçirir. Onun «növbətçi pulları» əsasən icra nümayəndələrinə ayrılmış avadanlıqların alınması və ya sair xərclər üzrə ayrılmış vəsaitlərdən ibarət olur. Məsələn, icra başçısı ərzaq məhsullarının, sair xərclər üzrə malların satın alınması üçün 3588 manatın yalnız sənədlərdə xərcləndiyini göstərib. Realda isə həmin pulların icra başçısının öz işlərinə sərf olunduğu deyilir. Lerikin icra başçısı pul yeyərkən bəzən çox ciddi səhvlərə də yol verir. Məsələn, rayonun Osyodərə kənd icra nümayəndəliyinə 5000 manatlıq dəftərxana ləvazimatlarının «alınması» sözün həqiqi mənasında şübhə doğurur. Çünki Lerikin elə də böyük olmayan bir kəndinin İcra Nümayəndəliyinə bu qədər dəftərxana ləvazimatının lazım olması mümkün deyil. Demək ki, ortada böyük bir yeyinti halı mövcuddur. Qeyd edək ki, rayondan gələn digər xəbərlərə görə, məhz bu cür işlər sayəsində Rövşən Bağırov Lerikdə özünü topdağıtmaz villa inşa etdirməklə yanaşı, Bakıda da bir çox ev və obyektlərə sahib olub. Geri dön |