Ana Sayfa > Xəbər > Mübariz Qurbanlı: Qərb "erməni soyqırımı"ndan Türkiyəyə təzyiq kimi istifadə edir

Mübariz Qurbanlı: Qərb "erməni soyqırımı"ndan Türkiyəyə təzyiq kimi istifadə edir


23-04-2015, 11:30. Yazar: admin
Mübariz Qurbanlı: Qərb "erməni soyqırımı"ndan Türkiyəyə təzyiq kimi istifadə edir
"Bizim erməni yalanı ilə mübarizəmiz xeyirlə-şərin savaşıdır. Ermənilərin "soyqırım" iddialarının yalan üzərində qurulduğu bizim tərəfimizdən sübut edilib. Lakin təəssüf ki, Qərb Türkiyəyə təzyiq kimi bu məsələdən sui-istifadə edir".

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Bakıda “Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda keçirilən konfransda bildirib.

M.Qurbanlının sözlərinə görə, əslində soyqırımı törədən ermənilərin özləridir: “Ermənilər 1905, 1918-19-cu və ondan əvvəlki illərdə Azərbaycan və Türkiyə ərazilərində müxtəlif soyqırım cinayətləri törədiblər”.

M.Qurbanlı qeyd edib ki, saxta “erməni soyqırımı” ilə bağlı Türkiyə arxivlərini açıq elan edib: "Erməni yalanlarının ifşa edilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra tədbirlər görülüb".

Geri dön