Ana Sayfa > Xəbər > MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə məlumat yalandır
MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə məlumat yalandır13-07-2020, 03:17. Yazar: admin |
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Geri dön |