Ana Sayfa > Xəbər > Bağlanan bankın direktoru “Rabitəbank”a TƏYİNAT ALDI
Bağlanan bankın direktoru “Rabitəbank”a TƏYİNAT ALDI9-07-2020, 10:58. Yazar: admin |
“Rabitəbank” ASC-yə bağlanan bankdan yeni departament rəhbəri gəlib. Dia.az Banker.az-a istinadən xəbər verir ki, yeni departament direktoru İsi Mustafayevdir. O, cari aydan (iyuldan) başlayaraq Xəzinədarlıq Departamentinin direktoru vəzifəsində çalışacaq. Buna qədər isə may ayında lisenziyası ləğv edilən AG Bank-da eyni vəzifədə idi. Xatırladaq ki, bundan öncə Rabitəbank-da bu departamentə Oqtay Qasımov rəhbərlik edirdi. Geri dön |