Ana Sayfa > Xəbər > HƏMAS İsraillə anlaşdığını təkzib etdi

HƏMAS İsraillə anlaşdığını təkzib etdi


22-04-2015, 18:11. Yazar: admin
HƏMAS İsraillə anlaşdığını təkzib etdi
İslamazeri.az-ın "Fələstin" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, HƏMAS "Səma" xəbər agentliyinin HƏMAS hərəkatı ilə işğal rejimi arasında bir neçə il müddətinə atəşkəs müqaviləsinin imzalanacağı xəbərini təkzib edib. HƏMAS hərəkatının mətbuat katibi Sami Əbu Zuhri aprel 21-də məsələ ilə bağlı açıqlama verib. Açıqlamada iddiaların əsassız olduğu bildirilib. Əbu Zuhri həmin agentlikdən yalan məlumatlar yaymağa son verməsini istəyərək, bu cür məlumatlar yaymağı ucuz və şübhəli davranış kimi səciyyələndirib. Xatırladaq ki, "Səma" xəbər agentliyinin dünən Fələstin mənbələrinə istinadla verdiyi xəbərdə HƏMAS müqavimət hərəkatının sionist İsrail rejimi ilə atəşkəs müqaviləsi imzaladığı bildirilmişdi.

Geri dön