Ana Sayfa > Xəbər > Cavid Qurbanov qatarla yoxlamaya çıxdı, mağazalar bağlandı

Cavid Qurbanov qatarla yoxlamaya çıxdı, mağazalar bağlandı


22-04-2015, 16:57. Yazar: admin
Cavid Qurbanov qatarla yoxlamaya çıxdı, mağazalar bağlandı
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmiryol stansiyalarının binalarına baxış keçirir.

Virtualaz.org saytı xəbər verir ki, C.Qurbanov hazırda Sabunçu dəmiryol vağzalındadır.

ASC sədri Sabunçu xətt polis şöbəsinə də baş çəkib. O, daha sonra dəmiryol vağzalındakı vəziyyətlə tanış olub. C.Qurbanovun gəlişi ilə əlaqədar vağzal binasındakı ticarət obyektləri bu gün işləməyib.

Qeyd edək ki, C.Qurbanov Sabunçu dəmiryol vağzalına qatarla gedib.

Geri dön