Ana Sayfa > Xəbər > "Bakı Metropoliteni" 790 min manatlıq səsboğucu alır
"Bakı Metropoliteni" 790 min manatlıq səsboğucu alır7-07-2020, 15:45. Yazar: admin |
"Bakı Metropoliteni" QSC “Yaşıl”, “Qırmızı” və “Bənövşəyi” xətlərinin stansiya və yol mənzillərindəki havalandırma şaxtalarında quraşdırılacaq səsboğucuların və onların şef-montaj işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. "Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Korven Service MMC" MMC-dir. Qalib şirkətə 790,2 min manat ödəniləcək. Geri dön |