Ana Sayfa > Xəbər > Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,5 milyard dollara yaxınlaşıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,5 milyard dollara yaxınlaşıb2-07-2020, 09:45. Yazar: admin |
Bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 436,3 milyon ABŞ dolları təşkil edib. “Report” quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 21,9 milyon dollar və yaxud 0,3% çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 178,3 milyon dollar və yaxud 28,5%, son 1 ildə isə 496,9 milyon dollar və yaxud 8,4% artıb. Geri dön |