Ana Sayfa > Xəbər > Vitse-spiker: "Gerçək soyqırımı Azәrbaycanda törədilib”

Vitse-spiker: "Gerçək soyqırımı Azәrbaycanda törədilib”


22-04-2015, 13:26. Yazar: admin
Vitse-spiker: "Gerçək soyqırımı Azәrbaycanda törədilib”
"Gerçək soyqırımı Azәrbaycanda, Xocalıda törədilib".

APA-nın sözlәrinә görә, bunu Milli Mәclisin 1-ci vitse-spikeri Ziyafәt Әsgәrov qondarma "ermәni soyqırımı"na dünya ictimaiyyәtinin reaksiyasına münasibәt bildirәrkәn deyib. Onun sözlәrinә görә, Türkiyә prezidenti, baş naziri sәviyyәsindә dәfәlәrәlә müraciәt edilib ki, Osmanlı dövlәti vaxtından qalan bütün arxivlәr açıqdır, araşdırılması üçün komissiya yaradılsın:

"Burada hәm Türkiyәdən, hәm Ermәnistandan, hәm dә digәr ölkәlәrdәn tarixçilәrin iştirak edә bilәcәyi deyilir. Araşdırsınlar ki, belә bir hadisә, soyqırımı, olub, ya yox. Buna o zaman son nöqtә qoyula bilәr ki, tarixçilәr fikrini bildirsin. Amma bunu siyasi alәtә çevirib, şantaj elәmәk vә ayrı-ayrı yerlәrdә qәbul etdirmәk işinin perspektivi yoxdur. Ermәnilәrin tam әksәriyyәti bilir ki, soyqırımı olmayıb. Amma real soyqırımı Xocalıda olub. Dünәn AŞPA-da da azәrbaycanlı deputatlar bu mәsәlәni bir daha qaldırdılar. Niyә Xocalıya münasibәt bildirilmir?. Bu, real faktdır, soyqırımıdır. Burada faktlar, şahidlәr mәlumdur. Audio, video, foto var. Amma 1915-ci ildә hansısa hadisәyә dәlil, sübut olmadan soyqırımı deyilir, real hadisәlәrә soyqırımı deyilmir. Bu da ikili standartların tәzahürüdür. Kimin sәviyyәsindә deyilmәsindәn asılı olmayaraq, belә bir yanaşmanın perspektivi yoxdur".

Geri dön