Ana Sayfa > Xəbər > Millət vəkili: “Davudoğlu yaramıza duz səpdi…”

Millət vəkili: “Davudoğlu yaramıza duz səpdi…”


22-04-2015, 11:06. Yazar: admin
Millət vəkili: “Davudoğlu yaramıza duz səpdi…”
“Davudoğlunun mövqeyi strateji dərinlik olmadı, bu, birbaşa strategiyasız dayazlıq oldu”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. Deputatın sözlərinə görə, bizlərə ağır gəlsə də, bu, Türkiyənin rəsmi siyasətidir:

“Türkiyənin Baş naziri Davudoğlu uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı yazılı açıqlamasında 1915-ci ildə köçürmə zamanı ölən Osmanlı ermənilərini hörmətlə anıb, onların övladları və nəvələrinin acısını bölüşdüyünü bildirərək başsağlığı verib. Əlbəttə, Türkiyənin rəsmi siyasətidir, üslubu və məzmunu bizlərə ağır gəlsə də, tənqiddən başqa əlimizdən bir şey gəlməz. Bununla belə, mətndə iki məqam var ki, bunu peşəkar diplomatların hazırladığına inana bilmirsən. Məsələn, yazılır ki, Türkiyə və Ermənistanın birlikdə hər iki tərəfə yaraşan bir mərasimlə Osmanlı ermənilərini anmaları çox mənalı olardı. Görünür, o unudub ki, hər iki tərəfə yaraşan formanı Ermənistan artıq tapıb. Bircə qalır ki, İrəvanda “soyqırım” abidəsinin qarşısında baş əysin.

Sayın Davudoğlu sonra qeyd edib ki: “Bütün üçüncü tərəfləri də tarixi yaraları deşmək yerinə, ortaq sülhə əsaslanan gələcəyə töhfə verməyə çağırırıq”. Baş bakana kimsə xatırlatmalıdır ki, həmin üçüncü tərəfin birincisi bizik, yəni Azərbaycan türkləri. İndi barışa töhfə verməyimiz üçün nə etməliyik - işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün davamızdan əl çəkməliyik? Yaraları deşməyimizə nə hacət, məgər görmürsünüz ki, bu yaralar təptəzədir, deşikdir və oradan Şuşanın, Xocalının, Ağdamın və onlarla Vətən torpağının və minlərlə insanının qanı axır. Bu strateji dərinlik olmadı, sayın baş bakanım, birbaşa strategiyasız dayazlıq oldu”.

Geri dön