Ana Sayfa > Xəbər > Oteldə öldürülən şəxs “Zaminbank”ın filial müdiri imiş

Oteldə öldürülən şəxs “Zaminbank”ın filial müdiri imiş


22-04-2015, 10:32. Yazar: admin
Oteldə öldürülən şəxs “Zaminbank”ın filial müdiri imiş
Məşhur “Avropa” otelində bankirin qətlinin təfərrüatları məlum olub.

Vertikal.az milli.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, “Zaminbank”ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədzadə otelin idman zalında məşq edən zaman bir nəfərlə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hələlik adı açıqlanmayan şəxs bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.

Geri dön