Ana Sayfa > Xəbər > “Facebook”da ərinin gizlətdiyi ikinci xanımını tapdı

“Facebook”da ərinin gizlətdiyi ikinci xanımını tapdı


21-04-2015, 17:03. Yazar: admin
“Facebook”da ərinin gizlətdiyi ikinci xanımını tapdı
Mişel O'Kli adlı 39 yaşlı ingilis qadın “Facebook” vasitəsilə 6 illik həyat yoldaşının onu aldatdığını öyrənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, təsadüfən sosial şəbəkədə axtarış verən Mişel ərinin başqa bir qadınla çəkilmiş fotoları ilə rastlaşıb. Bundan narahat olan M.O'Kli daha sonra məsələni araşdıraraq 36 yaşlı həyat yoldaşı Endryu O'Klinin başqa bir qadınla da ailəli olduğunu öyrənib.

Endryunun hətta Mişellə yaşadığı evin 40 kilometrliyində digər xanımı üçün ev kirayə tutduğu məlum olub. Hazırda E. O'Klinin bu “məharət”i İngiltərə mətbuatının gündəminə çevrilib.

“Facebook”da ərinin gizlətdiyi ikinci xanımını tapdı

Geri dön