Ana Sayfa > Xəbər > Xoşqədəm rekord qırır - Video

Xoşqədəm rekord qırır - Video


21-04-2015, 16:49. Yazar: admin
Xoşqədəm rekord qırır - Video
Teleaparıcı Xoşqədəm Hidayətqızının “Xoşqədəmlə axtarıram səni” verilişi efirə çıxmağa hazırdır.

Publika.az xəbər verir ki, dünəndən başlayaraq verilişin anonsu yayımlanır. Anons artıq “YouTube”da 4500 dəfə, “My Video”da isə 46700 dəfə izlənilib.

Xatırladaq ki, hələ ötən həftə ANS-də yayımlanacağı gözlənilən veriliş efirə getməmişdi. Proqramın yayımının bir həftə gecikməsi hazırlıqların tamamlanmaması ilə izah olunmuşdu. Belə ki, saytımıza verdiyi eksklüziv müsahibəsində layihə rəhbəri X.Hidayətqızı gecikməni dekorasiya işləri ilə əlaqələndirərək verilişin aprelin 26-dan efirə gedəcəyini bildirmişdi.

“Xoşqədəmlə axtarıram səni” verilişinin anonsunu təqdim edirik.


Geri dön