Ana Sayfa > Xəbər > "Azərenerji"nin keçmiş prezidentinə yaxın şirkət səhmdarlarına dividend ödəyəcək
"Azərenerji"nin keçmiş prezidentinə yaxın şirkət səhmdarlarına dividend ödəyəcək24-06-2020, 15:42. Yazar: admin |
İyunun 29-da, saat 15:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Əhməd Rəcəbli küçəsi, 12 ünvanında yerləşən otelin konfrans zalında olacaq. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-cu ildəki fəaliyyəti üzrə İdarə Heyətinin və Maliyyə-Təftiş komissiyasının hesabatlarının təsdiq edilməsi, İdarə Heyətinin yeni tərkibinin seçilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir. Xatırladaq ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə yaxın şirkət sayılır. Onun səhmlərinin 98,5%-nə nəzarət edən Hikmət Xammədov keçmiş dövlət məmurunun qaynıdır. O, həm də "Express Bank" ASC-nin 19,5%-lik səhmdarıdır. Geri dön |