Ana Sayfa > Xəbər > Xocalı sakini: “Baş həkim koronavirusa yoluxan oğlumu xəstəxanaya qəbul etmir” - FOTO

Xocalı sakini: “Baş həkim koronavirusa yoluxan oğlumu xəstəxanaya qəbul etmir” - FOTO


22-06-2020, 16:24. Yazar: admin

Xocalı sakini Narxanım Məmmədova oğlu Ruslan Məmmədovun koronavirusa yoluxduğunu, lakin onun Qobustanın Baş həkimi Emin Hüseynli tərəfindən xəstəxanaya qəbul edilmədiyini bildirib.

Moderator.az xəbər verir ki, onun sözlərinə görə, oğlu R.Məmmədovun koronavirusa yoluxması ilə bağlı baş həkimə müraciət etsə də, xəstəni xəstəxanaya aparan yoxdur.

N.Məmmədova ölkə başçısına müraciət edərək, oğlunun müalicə olunması üçün kömək istəyib.

Qeyd edək ki, R.Məmmədov özü də erməni əsirliyində olub. Xocalı faciəsi zamanı onun gözü qarşısında həyat yoldaşı və oğlunun ermənilər tərəfindən başı kəsilib.

Xocalı sakini: “Baş həkim koronavirusa yoluxan oğlumu xəstəxanaya qəbul etmir” - FOTO

Xocalı sakini: “Baş həkim koronavirusa yoluxan oğlumu xəstəxanaya qəbul etmir” - FOTO


Geri dön