Ana Sayfa > Xəbər > Türkiyə İrəvan reysini dayandırdı – Səbəb
Türkiyə İrəvan reysini dayandırdı – Səbəb21-04-2015, 12:36. Yazar: admin |
![]() Türkiyə aprelin 24-nə olan İstanbul-İrəvan çarter reysini ləğv edib. Axar.az xəbər verir ki, bunu Ermənistan Mülki Aviasiyasının Baş idarəsinin mətbuat katibi Ruben Qrdzelyan söyləyib. Onun sözlərinə görə, Türkiyənin qeyri-hökumət təşkilatlarının bir sıra nümayəndələri 24 aprel qondarma erməni soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün İrəvana gəlmək niyyətində olub. Lakin bu uçuş Türkiyədə qondarma erməni soyqırımı məsələsi ətrafında qaldırılmış söz-söhbətdən sonra ləğv edilib. Geri dön |