Ana Sayfa > Xəbər > Azər Maqsudov: “Sirkə turşusundan zəhərlənən iki nəfərin vəziyyəti ağırdır”

Azər Maqsudov: “Sirkə turşusundan zəhərlənən iki nəfərin vəziyyəti ağırdır”


22-06-2020, 11:55. Yazar: admin
Azər Maqsudov: “Sirkə turşusundan zəhərlənən iki nəfərin vəziyyəti ağırdır”

“Son yeddi gün ərzində doqquz nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib”.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O bildirib ki, son bir həftədə dərman zəhərlənməsi ilə bağlı xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da olub:

“Belə ki, xəstəxananın Toksikologiya Şöbəsinə ikisi azyaşlı olmaqla, doqquz nəfər dərmandan zəhərlənmə ilə müraciət edib. Dəm qazından zəhərlənən iki nəfər, müxtəlif dərman mənşəli allergik reaksiyalarla üç nəfər, sirkə turşusundan zəhərlənən iki nəfər müraciət edib.

Sirkə turşusundan zəhərlənən iki nəfərin vəziyyəti ağırdır. Müraciətlərin heç birində ölüm faktı qeydə alınmayıb”.

Həkim bildirib ki, bundan başqa, İmişli, Qəbələ rayonlarından və Bakıətrafı kəndlərdən ilan sancması ilə bağlı dörd nəfər müraciət edib, ölüm halı olmayıb.

“Bir həftə ərzində alkoqol təsirindən sərxoş vəziyyətdə yeddi nəfər müraciət edib. Onlara ilkin yardım göstərilib və evə buraxılıblar”, - deyə A.Maqsudov qeyd edib.
Geri dön