Ana Sayfa > Xəbər > Xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi artıb
Xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi artıb15-06-2020, 11:57. Yazar: admin |
Bu ilin I rübündə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,2 mlrd.dollar olub. “APA-Economics”ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumatda bildirilir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80% təşkil edib. 2020-ci ilin I rübündə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (38,9 mln.dollar) artımı cəlb olunmuş investisiya ilə (951,1 mln.dollar) kapitalın repatriasiyası (990 mln.dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 237.2 mln.dollar olub. Xatırladaq ki, 2019-cu ilin I rübündə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 808,7 mln.dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,3% təşkil edib. Geri dön |