Ana Sayfa > Xəbər > "Nadirlə ürəyim barışmaz"

"Nadirlə ürəyim barışmaz"


17-04-2015, 17:43. Yazar: admin
"Nadirlə ürəyim barışmaz"
Xalq artisti Flora Kərimova ona pislik edən heç kimi bağışlamayacaq.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “ATV Maqazin” verilişində deyib. O, hətta müğənni Nadir Qafarzadə ilə aralarında olan qalmaqalı da unutmayacağını bildirib:

“Əgər bağışlamıramsa, nə olsa da sözümün üstündə dayanacam. Haldan-hala düşən insanlardan xoşum gəlmir. Nadirlə də ürəyim barışmaz. O, çalışır həmin münasibətləri yadına salmasın, büruzə verməsin. Amma qırılan qəlb yaddan çıxarmır. Qəlb də ağıla tabedir. Səhvini gördüyüm insan övladım olsa belə üz döndərərm. Yaradan bunu bildiyinə görə mənə öyünəcəyim övladlar bəxş edib”.

Geri dön