Ana Sayfa > Xəbər > Elman Rüstəmov MMC rəhbərliyinin qanunsuzluğuna niyə göz yumur? - Şikayət

Elman Rüstəmov MMC rəhbərliyinin qanunsuzluğuna niyə göz yumur? - Şikayət


17-04-2015, 17:28. Yazar: admin
Elman Rüstəmov MMC rəhbərliyinin qanunsuzluğuna niyə göz yumur? - Şikayət
"Standart Lizinq” MMC-nin qanunsuz hərəkətlərinə və özbaşınalıqlarına Mərkəzi Bank göz yumur.

Bu iddia ilə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məmmədov Xanlar Nüsrəddin oğlu redaksiyamıza müraciətində bildirib.

"Standard Bank” və onun törəməsi "Standard Lizinq” MMC-nin dələduzluğu ilə üzləşədiyini bildirən Xanlar Məmmədov məktubunda bildiririr ki, "Standard Lizinq”in vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına 2014-cü ilin dekabr ayından 2015-ci ilin aprel ayına qədər ümumilikdə səkkiz dəfə ərizə ilə müraciət edib. Lakin Mərkəzi Bank bu şikayətlərə faktiki olaraq araşdırmayıb və şikayətçiyə cavab verilmir.

Şikayətçi Xanlar Məmmədov bildirir ki, "Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulması, müraciətlərimizin ümumiyyətlə araşdırılmaması və nəticə barədə heç bir məlumatın verilməməsinin səbələri öyrənmək üçün Mərkəzi Bankın qəbul şöbəsinə gedərək əlaqə saxlamaq istəsə də, onu heç kim qəbul etməyib. Xanlar Məmmədov bildirir ki, sonda daxili telefon nömrəsi 387 olan, adını və soyadını deməkdən imtina edən, özünü istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri kimi təqdim edən şəxs "Standard Bank”-ın törəməsi "Standard Lizinq” MMC-nin özbaşına təşkilat olduğunu, Mərkəzi Bankın bu təşkilata nəzarət etmədiyini və bu səbəbdən şikayətin araşdırılmadığını bildirib.

Halbuki, "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.2-ci, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 5.0.7-ci maddələrinə əsasən Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, lizinq xidmətləri fəaliyyət növü ilə məşğul ola bilərlər. Qanunun tələblərindən də görünür ki, Mərkəzi Bank "Standard Bank” və onun törəməsi "Standard Lizinq” MMC-nin fəaliiyət göstərməsi üçün lisenziya verməlidir. Əgər belə bir lisenziya Mərkəzi Bank tərəfindən "Standard Bank” və onun törəməsi "Standard Lizinq” MMC-yə verilməyibsə, o zaman həm bankın, həm də onun törəməsi olan təşkilatın faliyyəti tamamilə qanunsuzdur və və Mərkəzi Bankın vəzifə borcu qanunsuz fəaliyyət göstərən bu təşkilatların fəaliyyətinə son vermək və onlar haqqında cinayət məsuliyyəti yaratmaqdır. Lakin Mərkəzi Bankın lisenziya verdiyi təşkilata hansı səbəbdən nəzarət etməməsi bizə də maraq doğuran məsələdir.

Şikayətçi Xanlar Məmmədov bildirir ki, "Standard Bank”-ın törəməsi "Standard Lizinq” MMC-nin idarə heyətinin sədri Nicat Məmmədov onu hədələyərək bildirb ki, "Standard Bank” və onun törəməsi "Standard Lizinq” MMC Heydər Babayevə məxsusdur və bu səbəbdən onların şikayətlərinə heç bir orqanda baxılmayacaq.

Qeyd edək ki, fiziki şəxslər Məmmədov Xanlar Nüsrəddin oğlu və vətəndaş İsgəndərov Elnur Ramiz oğlu 2012-ci ilin iyul ayında "Standart Lizinq” MMC və "YUQA HOLDİNQ” MMC ilə üçtərəfli qaydada müqavilə bağlayaraq ümumilikdə 20 ədəd "HOVO” markalı yük maşınını lizinq yolu ilə istifadəyə götürüblər. Müqavilə bağlanan anda onlar "YUQA HOLDİNQ” MMC-yə ümumilikdə 523 000 (beş yüz iyirmi üç min) manat pul ödəyiblər və pulun ödənilməsini təsdiq edən kassa mədaxil orderlərini alıblar.

Hal-hazırda "Standart Lizinq” MMC həmin vəsaitin onlara ödənilmədiyini bildirir. Aparılan danışıqlar zamanı məlum olub ki, 510 000 (beş yüz on min) manat pulun ödənilməsi ilə bağlı onlara saxta kassa mədaxil orderləri verilib və vəsait mənimsənilib.

Xatırladaq ki, Standard Bank” və törəməsi "Standard Lizinq” MMC keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevə məxsusdur.

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq...

Geri dön