Ana Sayfa > Xəbər > Ruslan Nemətov rüşvət məntəqəsi açıb - Zərdabda

Ruslan Nemətov rüşvət məntəqəsi açıb - Zərdabda


17-04-2015, 14:34. Yazar: admin
Ruslan Nemətov rüşvət məntəqəsi açıb - Zərdabda
Zərdab rayon Mərkəzi Xəstəxanası rüşvət yuvasına çevrilib. Elə bir xəstə yoxdur ki, oradan pulsuz canını qurtara bilsin.

Tia.az-a daxil olan məlumata görə, Zərdabın mərkəzi xəstəxanası əhalini soğab qabığı kimi soyur.
Baş həkimin tapşırığı əsasında hər bir pasientə müştəri gözü ilə baxılır. Rayon sakinlərindən birinin sözlərinə görə, baş həkim Ruslan Nemətov tibb müəssisəsini özünəməxsus şəkildə idarə edir.
Baş həkim xəstəxananı elə vəziyyətə qoyub ki, artıq vətəndaşlar bura pənah gətirməyə qorxurlar. Hamıya gün kimi aydındır ki, Zərdab Xəstəxanasında pulsuz səhiyyə xidmətləri göstərilmir. Sanki ölkə rəhbərinin və Səhiyyə Nazirliyinin qərarları bura aid deyil.
Baş həkim nazirliklərdən birində işləyən yaxın qohumuna güvənərək xəstəxanada çıxılmaz hal yaradıb. Vətəndaşların bildirdiyinə görə, xəstəxanaya müayinəyə gələn vətəndaşlar ilk növbədə həkimlərin "xüsusi buraxılış məntəqəsindən" keçməlidirlər.
Zərdab sakinlərinin fikrincə, Səhiyyə naziri Oqtay Şirəliyev və dövlətin əlaqədar qurumları Zərdab Rayon Mərkəzi Xəstəxanasının, ələlxüsus da baş həkimin fəaliyyətini araşdırmalıdır. Qeyd edək ki, Zərdab səhiyyəsi Rayon Mərkəzi Xəstəxanası, 5 kənd sahə xəstəxanası, 12 kənd həkim ambulatoriyası, 12 feldşermama məntəqəsindən ibarətdir. Rayon üzrə 571 səhiyyə işçisi var. Onlardən 67 nəfəri həkim, 340 nəfəri orta tibb işçisi, 164 nəfəri digər işçilərdir.

Geri dön