Ana Sayfa > Xəbər > İyunun 2-dən 15-dək direktor müavinləri, sinif müəllimləri işə cəlb olunacaq
İyunun 2-dən 15-dək direktor müavinləri, sinif müəllimləri işə cəlb olunacaq2-06-2020, 17:20. Yazar: admin |
![]() “Bu gün təsdiqlənən müvafiq təlimat məktubunda qeyd edilib ki, iyunun 2-dən 15-dək ümumtəhsil müəssisəsinin direktorunun müəyyən etdiyi qrafik əsasında, sanitar-epidemioloji qaydaları gözləməklə təhsilalanların illik qiymətləndirməsi və digər proseslər üçün təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif müəllimləri və zərurət olduqda digər müəllimlər işə cəlb olunmalıdır”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları Keyfiyyətinin təminatı sektorunun aparıcı məsləhətçisi Anar Mirzəzadə bildirib. O əlavə edib ki, həmin proses ümumtəhsil müəssisəsinin müəyyən etdiyi qrafik əsasında olmalıdır. Geri dön |