Ana Sayfa > Xəbər > İş adamı Sumqayıta 1 milyon maska göndərdi

İş adamı Sumqayıta 1 milyon maska göndərdi


2-06-2020, 16:41. Yazar: admin
İş adamı Sumqayıta 1 milyon maska göndərdi

Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdulla Şatila 1 milyon tibbi maska göndərib.

Modern.az xəbər verir ki, isveçrəli iş adamı Abdulla Şatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

Humanitar yardım Sumqayıt şəhər bir saylı Xəstəxanada qəbul olunub və bu humanist addıma, nəcib təşəbbüsə görə sumqayıtlılar adından İsveçrəli iş adamı Abdulla Şatilaya minətdarlıq ifadə olunub.
Geri dön