Ana Sayfa > Xəbər > İki nazirin sevgisi ölkəni qarışdırdı - Elçiliyə ilk arvadı ilə getdi
İki nazirin sevgisi ölkəni qarışdırdı - Elçiliyə ilk arvadı ilə getdi17-04-2015, 11:16. Yazar: admin |
Mərakeş iki nazirin sevgisi ölkə gündəminin əsas mövzusuna çevrilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, evli olan parlamentlə əlaqələr naziri Lahbib Choubani həyat yoldaşı ilə birgə həmkarı, ali təhsil və elmi tədqiqatlar naziri Soumia Benkhaldounu üçün elçiliyə gedib. Dörd uşağı olan Benkhaldoun isə ötən ay ilk ərindən boşanıb. Yerli mətbuat iki nazirin “qadağan olunmuş” əlaqələrinin bir il öncə başladığını yazır . Məlumata görə, 52 yaşlı nazir sevgilisi ilə münasibətlərini rəsmiləşdirmək üçün anası və ilk həyat yoldaşını da özü ilə elçiliyə aparıb. Mərakeşdə ilk dəfə yaşanan bu hal ölkədə geniş müzakirələrə yol açıb. Hər iki nazirin bu əlaqələrinə görə vəzifələrini itirəcəkləri də istisna edilmir. Geri dön |