Ana Sayfa > Xəbər > Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir
Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir26-05-2020, 10:26. Yazar: admin |
Tibbi maskalar iki yaşdan kiçik uşaqlar üçün təhlükəlidir. Trend-in məlumatına görə, bu barədə Yaponiya Pediatrlar Assosiasiyasının bəyanatında deyilir. Qeyd olunur ki, körpələrdə nəfəs yolu dar olduğu üçün tibbi maskalar nəfəs almanı çətinləşdirə bilər. Bundan başqa, körpələrdə istivurma riskini də əhəmiyyətli dərəcədə artırır. Assosiasiya 2 yaşdan kiçik uşaqlara tibbi maska taxmamağa çağırıb. Geri dön |