Ana Sayfa > Xəbər > UNICEF-dən xəbərdarlıq: "Hər gün 6 min uşaq ÖLƏ BİLƏR"
UNICEF-dən xəbərdarlıq: "Hər gün 6 min uşaq ÖLƏ BİLƏR"24-05-2020, 11:26. Yazar: admin |
"Yeni tip koronavirus pandemiyası dövründə 68 ölkədə doğuş zamanı peyvəndən imtina edilməsi səbəbindən bir yaşdan kiçik 80 milyon uşaq risk altındadır". Milli.Az xəbər verir ki, bunu UNICEF-in icraçı direktoru Henrietta Fore deyib. O bildirib ki, öncədən qarşısı alına bilən xəstəliklər üçün nəzərdə tutulan peyvəndlərdən pandemiya dövründə vaz keçilib: ""Evdə qal" kampaniyasına qoşulan ölkələrdə tibbi xidmətlərin səviyyəsi aşağı düşüb. Buna görə doğuş zamanı edilən peyvəndlərdən imtina edilib. Bu isə qarşısı alına biləcək xəstəliklərin ölümə səbəb olmasına gətirib çıxaracaq. Növbəti 6 ay ərzində hər gün 6 min uşaq ölə bilər". (publika.az) Geri dön |