Ana Sayfa > Xəbər > Putin: "İt ailəni möhkəmləndirir"

Putin: "İt ailəni möhkəmləndirir"


16-04-2015, 17:15. Yazar: admin
Putin: "İt ailəni möhkəmləndirir"
"Boris, xahiş edirəm, arvadına it almağa icazə ver. Çünki bu, xeyirxah işdir və ailəni möhkəmləndirir".

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin canlı yayımda ehtiyatda olan polkovnikə müraciət edərək bu sözləri deyib. Canlı yayımda jurnalistlərin və sıravi vətəndaşların suallarını cavablandıran Putin çətin vəziyyətə düşdüyünü etiraf edib.

Belə ki, sual verənlərdən biri Yelena adlı qadının rəfiqəsi olduğunu deyib. "Aprelin 25-də Elenanın 40 yaşı tamam olacaq və o, evdə it saxlamaq istəyir. Amma onun ehtiyatda olan hərbçi əri buna icazə vermir", - deyən qadın Putindən Yelenanın ərinə müraciət etməyi xahiş edib. O bildirib ki, əgər Putin baş komandan olaraq müraciət etsə, əri Yelenaya it saxlamağa icazə verəcək.

Qəribə istəyi eşidən Putin çətin vəziyyətə düşdüyünü boynuna alıb. O, Borisdən sadəcə xahiş edə biləcəyini deyib. "Mən heç nə əmr edə bilmərəm. Borisin "get, özün öz ailənlə məşğul ol" deməyə tam haqqı çatır", - deyən Putin yalnız xahiş edə biləcəyini deyib.

Geri dön