Ana Sayfa > Xəbər > Azərbaycanlı məşqçiyə 7 iynə vurulacaq - EBOLA TƏHLÜKƏSİ
Azərbaycanlı məşqçiyə 7 iynə vurulacaq - EBOLA TƏHLÜKƏSİ16-04-2015, 17:14. Yazar: admin |
“Xəzər Lənkəran” klubunun idman-direktoru Yunis Hüseynov Afrikaya gedəcək. Bu barədə apasport.az saytına cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O bildirib ki, 50 yaşlı mütəxəssisin qara qitəyə səfəri aprelin sonunda baş tutacaq. O qeyd edib ki, səfərin baş tutması üçün Hüseynov bəzi şərtləri yerinə yetirməlidi. Bunlardan biri də “Ebola” və bu kimi viruslara qarşı peyvənd olunmaqdı: “Afrikaya getmək üçün Yunis müəllimə 7 iynə vurulmalıdı. Yəqin ki, o, bu ayın sonunda Maliyə gedəcək. Orda maraq dairəmizdə olan 2-3 futbolçu var. Onları izlədikdən sonra da Qanaya yollanacaq. Həmin ölkədə də bəzi oyunlara baxacaq. Təxminən 20 günə yaxın Afrikada qalacaq”. Qeyd edək ki, “Xəzər Lənkəran” 2012-ci ildə də eyni praktikadan yararlanmış və nəticədə həmin vaxt heyətə cəlb edilən Sadio Tounkara hazırda komandanın liderlərindəndi. Geri dön |