Ana Sayfa > Xəbər > Rusiya prezidenti: “ABŞ-a tərəfdaşlar deyil, vassal ölkələr lazımdır”
Rusiya prezidenti: “ABŞ-a tərəfdaşlar deyil, vassal ölkələr lazımdır”16-04-2015, 16:37. Yazar: admin |
Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasının şərtlərini açıqlayıb. APA-nın məlumatına görə, V. Putin yerli telekanalların canlı yayımında bildirib ki, əsas şərt Rusiyaya hörmətin göstərilməsidir. “Qərblə münasibətləri pozan biz olmamışıq. Biz əməkdaşlıq etmək istəyirik”, - deyə o bildirib. Sanksiyalar vasitəsi ilə Rusiyaya ziyan vurmağın faydasız olduğunu deyən Putin qeyd edib ki, ABŞ-a tərəfdaşlar deyil, vassallar lazımdır: “Rusiya isə bu cür münasibətlər sistemində özünü görmür. Nəinki görmür, heç bu sistemdə yaşaya da bilməz”. Geri dön |