Ana Sayfa > Xəbər > ANS-in “Dur hoppan” deyən qızı...
ANS-in “Dur hoppan” deyən qızı...16-04-2015, 15:59. Yazar: admin |
Bir zamanlar mahnıları ilə mina kimi partlayıb gündəmi zəbt edən aktrisa və müğənni Mina Sovetski AzVision.az-ın həmsöhbəti olub -Bir vaxtlar “partlayışlar” edib, gündəmi tutan Minadan nədənsə son günlər əsər-əlamət yoxdur. -Musiqi ilə bağlı fəaliyyətimi bir az dayandırmışam. Hazırda bütün gücümü aktrisalığa vermişəm. Bu səbəbdən də daha çox vaxtım ona gedir. -Bir ara belə söz- söhbətlər gəzirdi ki, Minanın obrazı ANS-in öncədən qurduğu bir iş idi. Bu barədə nə deyə bilərsiniz? - Bilirsiniz əslində necədir, bir işi qurmaq istəyirsənsə, mütləq bunun hazırlıq prosesi olmalıdır. Mən də əlbəttə ki, ANS- in proyektiyəm və mənim üstümdə də Mina obrazı kimi hazırlıq gedir. Oxuduğum janrlar, mahnılar, danışığım və geyimlərimə qədər hər şey hazırlanıb. İnsan ana bətnində öyrənmir ki. (gülür. ) -Müğənnilikdən əlavə bəstəkarlıq da edirsiniz. “Dur hoppan”, “Hər şey yaxşı olacaq” kimi mahnıların bəstələri sizə aitdir. Bundan sonra bəstələrə davam edəcəksənmi? -Mahnılar çoxdur. Qeyri- adi bir şeylər olacaq. Mən əslində Byanka tərzində müğənni olmaq istəyirdim, ancaq o tərzdə ola bilmədim. Bu, Azərbaycanda yeni bir janr idi. Bu tərzdə oxuyan insan tək mənəm. Eyni zamanda mən toya, restoranlara getmirəm. Mahnılarımı və özümü heç vaxt pulla satmamışam. Amma istəyərəm ki, davam edim. - Sizə qonşu kanallardan yaxşı təklif gələrsə, ANS-dən gedərsinizmi? -Düşünürəm ki, evimi, yurdumu, işlədiyim yeri, oradakı ailəmi heç nəyə satmaram. Geri dön |