Ana Sayfa > Xəbər > Dayanacaq aparatlarının - QƏPİK OĞURLUĞU - REPORTAJ

Dayanacaq aparatlarının - QƏPİK OĞURLUĞU - REPORTAJ


16-04-2015, 15:34. Yazar: admin
Dayanacaq aparatlarının - QƏPİK OĞURLUĞU - REPORTAJ
Son zamanlara qədər mağaza və ictimai nəqliyyat sürücülərinin ölkəmizdə qanuni dövriyyədə olan 1, 3 və 5 qəpiklikləri vətəndaşlardan qəbul etmirdilər. Əsasları isə o idi ki, vətəndaşlar özləri bu qəpiklərdən “imtina” edir. Bu qəpiklər ortada var amma elə yox kimi bir şeydi. Çünki istifadə etmək əməlli başlı problemə çevrilib.

Hafta.az saytının redaktoru Səbinə Əvəzqızının da başına qəpiklərlə bağlı maraqlı hadisə gəlib. Sayt redaktoru paytaxtda yeni – yeni fəaliyyət mexanizmi götürmüş müasir avtomobil dayanacaqları aparatları ilə bağlı yaşadığı problemi danışır. Səbinə Əvəzqızının bildirdiyinə görə “parkopka” aparatları saxlama izni üçün qəbz almaq istəyirmiş. Ancaq üzərində mağaza və apteklərdən yığılmış 1, 3 və 5 qəpikliklər olduğundan həmin qəpikləri aparatın kassasına salıb müvəqqəti saxlama qəbzi almaq istəyib. Niyyəti isə baş tutmayıb:

“Dünən rastlaşdığım mənzərədən çox təsirləndim. Avtomobilimdə apteklərdən, mağazalardan yığılıb qalan 1,3 və 5 qəpiklər var idi. Avtomobilimi saxlma izni almaq üçün “parkopka” aparatına yaxınlaşdım. Aparatı işə saldım. Müvafiq olaraq 50 qəpiyə yaxın 3 və beş numinallıq dəmir pulları aparatın kassasına atsam da orada atılan məbləğ göstərilmədi. Üstəlik maşınım üçün saxlama izni alacağım qəbzi də vermədi. Nə də ki qəpiklərimi geri qaytarmadı. Sual doğurur ki, bu aparatlar həmin qəpikləri niyə qəbul etmir, niyə hesablaya bilmir? Düşünürəm ki, bu aparatlarda da Azərbaycanın bütün dəmir numinalları işləməlidir. Bu cür aparatlar da həmin qəpikləri qəbul etməyəcəksə onda bu dəmir pullar bizə nəyə lazımdır? Mən həmin vaxt o qəpikləri itirmiş oldum. Bu o qədər də böyük məqbləğ deyil. Amma Azərbaycan vətəndaşları o pulları niyə itirməlidir? Təsəvvür edin ki, xeyli insan bu formada qəpikləri itirir. Bəs bizlərin itirdiyi, aparatlada isə yığılan bu məbləğin axırı necə olur? Niyə 10 və 20 qəpiklik numinalı qəbul edir ondan kiçik dəmir pulları yox?”

Səbinə xanım deyir ki, əgər bundan sonra da həmin aparatlarda dəyişiklik olmayacaqsa aidiyyatı qurum həmin manitorlara xüsusi elanlar vurmalıdırlar:

“Əgər vəziyyət belədirsə həmin aparatların üzərində elan, bildiriş vursunlar. Vətəndaşlar saxlama izni olan qəbzi alarkən aparatların 1,3,5 qəpiklikləri götürmədiyindən xəbərdar olsunlar. Qeyd olunsun ki, ən aşağı qəbul olunan dəmir numinal 10 qəpikdir. İkincisi isə bu aparatlarda pul-kassa sistemi yaradılanda Azərbaycanda 1,3,5 qəpikliklərin olduğunu unudublarmı? Bu məsələ məni ciddi narahat edir. Bilinsin ki, bu kimin qüsurudur. Müasir avtomobil dayanacaqları aparatlarının paytaxtımızda da fəaliyyətə başlayanda çox sevindik. Birincisi problem ondadır ki, bu aparatlar sürücülərdən ancaq qəpik tələb edir. Arzu edərdim ki, qəbz almaq üçün ödəniş qutusu həm də kağız əskinaslar üçün də olsun. Çünki hər zaman üzərimizdə qəpik olmur”.

Məsələni aydınlaşdırmaq və monitorların analoji problemini öz gözlərimizlə görmək üçün paytaxtda fəaliyyət göstərən müasir avtomobil dayanacaqları aparatlarına üz tutduq. Elmlər Akademiyası metrostansiyasının yaxınlığındakı avtoparkın “parkopka” aparatı da Səbinə xanımın dediklərini təsdiq etdi. Belə ki, monitora yaxınlaşıb şərti avtomobil nömrəsini yazdıq. Məbləğ tələb etdikdə isə, kassa qutusuna cibimizdəki bir, üç, beş qəpikləri atdıq. Aparat dəmir numinalları “əjdaha kimi udsa da” qəbzimizi vermədi.

Sizə təqdim etdiyimiz video kadrda da bunun şahidi olacaqsınız:



Ətrafımıza boylanaıb monitora kimin nəzarət etdiyini axtarmağa başladıq. Bir nəfər xüsusi geyimdə yaxınlaşıb nə lazım olduğunu soruşduq. Biz də bildirdik ki, 3-5 qəpiklikləri atsaq da avtomobilimizi saxlamaq üçün mvəqqəti qəbzin verir. Özünü təqdim etməkdən imtina edən şəxsin cavabı isə birmənalı oldu:

-Niyəsini bilmirəm, amma bu aparatlar nə bir, nə üç, nə də 5 qəpiklik dəmir pulları qəbul etmir.

- Bəs bu aparatlraı kim qoyub? Hansı idarənin nəzdindədir?

- Qoymağına Bakı şəhər İcra Hakimiyyəti qoyub. Amma bizim idarə təzə yaranıb. Baş ofisimiz “28 May”da yerləşir. Bu aparatlara birbaşa nəzarət edən isə Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsidir. Ancaq idarəmiz yeni yaranıb. Yani – yeni qurulur. Niyə qoymursunuz işləyək?!

- Bəs sizin iş mexanizminiz qurulana qədər vətəndaşlara dəyəcək maddi ziyanın bədəlini kim ödəyəcək?

- Onu deyə bilmərəm. Siz onu yuxarılardan soruşun. Mən adi işçiyəm - deyib nəzarətçi gözdən itdi. Məsələni aydınlaşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Hafta.az – a açıqlamasında bildirib ki, adıçəkilən aparatların 1,3,5 qəpiklik numinallarını götürməməsinin xüsusi səbəbi var:

“Bu aparatlar xaricdən gətirilib. Orada 1, 3, 5 qəpiklik numinallar qəbul olunmur. Vətəndaşlar da 10,20, 50 qəpiklik numinallar atsınlar. Həmin xırda qəpikləri mağazalara və digər iaşə obyektlərinə də vermək olur. Amma bu monitorlarda qəbz üçün ən kiçik xırda dəmir pulların qəbulu nəzərdə tutulmayıb. Vətəndaşlar da bundan sonra qəbz alarkən həmin pullardan istifadə etməsinlər”.

İqtisadçı ekspert Əli Əlirzayev isə Hafta.az-a açıqlamasında bildirib ki, bu hal vətəndaşların büdcəsinə ziyan vurur:

“Ölkə ərazisində işləyən bütün kağız və dəmir qəpiklər bütün aparat və manitorlar tərəfindən qəbul edilməlidir. Aparatlar xaricdən gətirilərkən burada nizamlanmalıdır. Yaxud da sifariş verilməlidir ki, bu ölkənin vətəndaşları dövriyyədə olan ən xırda numinalları da oraya ata bilsinlər. Bu ölkənin milli valyutasına hörrmətsizlikdir. Üstəlik vətəndaşların da cibinə ziyan vurur. Xırda qəpiklərə qarşı ayrıseçkilik olmamalıdır”.

Elə Əli Əlirzayevin dediyi kimi, xırda qəpiklərinə hörmətsizlik də milli valyutamıza ən böyük təhqir sayılmalıdır. Belə yerdə məhşur bir polyak atalar sözü yadıma düşdü; Kiçiyini yiyəsiz buraxan, böyüyəndə başına böyük dərd olacağını bilmədiyi üçün belə edir. Xırda qəpiklərimizi dəyərsiz etsək, bu gələcəkdə daha böyük bir dərd olacaq. Həm cibimizə, həm də milliliyimizə arxa çevirmiş kimi olacayıq... Özümüzə və cibimizə sahib çıxmaq ümidi ilə...

Geri dön