Ana Sayfa > Xəbər > Müğənnidən şok etiraf- “Gündəmə gəlmək üçün nişanlandığımı dedim”

Müğənnidən şok etiraf- “Gündəmə gəlmək üçün nişanlandığımı dedim”


16-04-2015, 14:53. Yazar: admin
Müğənnidən şok etiraf- “Gündəmə gəlmək üçün nişanlandığımı dedim”
Müğənni Xatun Əliyeva “Səs verməyin” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, müğənni şəxsi həyatından danışıb:

“Boşanandan iki il sonra efirə çıxırdım. O vaxt nişanlanmağım haqda açıqlama vermişdim. Lakin nişan olmamışdı, gündəmə gəlmək üçün nişanlandığımı bildirmişdim. O vaxt bir nəfər vardı, mənə elçi gəlmişdi. Biz də araşdırdıq. Bildik ki, bizə xas olan adam deyil, məni alıb boşayacaq. Fikirləşdim ki, ona görə biabır olmağa dəyməz, evdə oturum. Qohum-əqraba arasına çıxara biləcəyim adamla evlənmək istəyirəm. Nikah kağızım olsun, maraqlananlara göstərim ki, doğurdan evlənmişik”.

Həmkarlarını parodiya etdiyi üçün qalmaqal yaşayan Xatun bu dəfə Aygün Kazımova, Nazənin, Tünzalə Ağayeva və Elariz Məmmədoğlunu parodiya edib.

Geri dön