Ana Sayfa > Xəbər > Apreldə iqtidar-müxalifət görüşü olacaqmı?
Apreldə iqtidar-müxalifət görüşü olacaqmı?16-04-2015, 13:40. Yazar: admin |
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların fevralın 12-də keçirilən görüşündə bundan sonra görüşlərin iki aydan bir keçirilməsi barədə razılıq əldə olunmuşdu. Sonuncu dəfə keçirilən müzakirələrdən iki aydan artıq vaxt keçib. Lakin hələ ki üçüncü görüş keçirilməyib. Ötən dəfəki görüşlərin reallaşmasında müxalifət düşərgəsi tərəfdən əlaqələndirici funksiyasını yerinə yetirən KXCP-nin sədri Mirmahmud Mirəlioğlu "Yeni Müsavat"a gündəmdə növbəti görüşün olub-olmadığını, nədən iki ay tamam olsa da görüşün keçirilmədiyini barədə danışıb. Mirmahmud Mirəlioğlu bildirib ki, görüşün iki aydan bir keçirilməsinin məqsədəuyğunluğu haqqında Əli Həsənov sonuncu dəfə keçirilən müzakirələr zamanı məlumat vermişdi. Görüşün reallaşması da Prezident Administrasiyasından daha çox asılı olan məsələdir. Bu baxımdan media növbəti görüşün nə vaxt keçiriləcəyi, nədən iki ayın tamamı olsa da keçirilmədiyi barədə Prezident Administrasiyasına müraciət etsə daha dəqiq cavab ala bilər: “Bizə qaldıqda, ”Azadlıq-2015" seçki blokundakı 8 partiyanın bu istiqamətdə, növbəti görüş barədə, görüş keçiriləcəyi halda hansı məsələlərin müzakirəsi ilə bağlı təkliflərimiz var. Bunu müzakirə etmişik və nəticələri də özümüz üçün bəllidir. Bizim görüşə hazırlığımız var, mövzu müəyyənləşdirmək istiqamətində hazırlıqlar var. Amma bütün bunlar növbəti görüş baş tutduğu və ya elan olunduğu təqdirdə açıqlanacaq. Görüşün nə zaman olacağını isə biz dəqiq bilmirik. Çünki bizdə bu barədə məlumat yoxdur, bizimlə hələ əlaqə saxlamayıblar". Geri dön |