Ana Sayfa > Xəbər > Namiq Həsənov: "İlk günlər mənə güləcəklər"

Namiq Həsənov: "İlk günlər mənə güləcəklər"


16-04-2015, 13:03. Yazar: admin
Namiq Həsənov: "İlk günlər mənə güləcəklər"
"Əksər xarici ölkələrdə şəhərin 30%-ni yollar təşkil edir. Ancaq Bakıda bu göstərici 10-12%-dir".

ANS PRESS-in məlumatına görə, bu sözləri ANS TV-nin efirində yayımlanan "Günə Baxan" verilişində Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Bakıda yollar 3 dəfə azdır. N.Nəsənovun sözlərinə görə, paytaxtda paralel, alternativ yollar çəkilməlidir: "Şəhərin ümumi yol ərazisi xeyli azdır. Məhz bu səbəbdən piyada keçidləri də yetərli sayda deyil. Biz hər 300-500 metrdən bir keçid qoya bilmərik. Buna səbəb isə şəhərin yol ərazisinin az olmasıdır", - deyə nazirlik rəsmisi söyləyib.

Namiq Həsənov aparıcı Kamran Həsənlinin Bakıda velosipetdən istifadə edilməməsi ilə bağlı sualına da cavab verib. O qeyd edib ki, məmur olaraq velosipedlə işə getməyə hazırdır:

"Mən buna hazıram. İlk günlər mənə velosiped sürdüyüm üçün güləcəklər, amma sonra dayanacaqlar. Daha sonra gülənlər də velosiped sürməyə başlayacaqlar. Bizdə biraz yekəxanalıq var. İstəyirik ki, böyük maşın sürək. Amma inanıram ki, bu vəziyyət də nə vaxtsa düzələcək", - deyə N.Həsənov söyləyib.

Geri dön