Ana Sayfa > Xəbər > İsraildə yaşayan yazar: “Dünya ermənilərə uydu...”

İsraildə yaşayan yazar: “Dünya ermənilərə uydu...”


16-04-2015, 11:59. Yazar: admin
İsraildə yaşayan yazar: “Dünya ermənilərə uydu...”
“Dünya qondarma erməni soyqırımının 100-cü ilində erməni avantürasına tabe olaraq növbəti beynəlxalq intriqa irəli sürür”.

Bu sözləri İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov qondarma erməni soyqırımı ilə bağlı Axar.az-a danışarkən deyib:

“1915-ci ilin aprel ayında ermənilər Türkiyənin bir vilayətindən deportasiya olunub. Bunu soyqırım adlandıranlar tarixi faktları bilib-bilmədən “tarixi haqsızlıq hərəkatı” yaradırlar. Hitlerizm və stalinizmin törətdiyi dəhşətlər əsl faciə idi. İsrail bu nifrət burulğanına qarşı həyəcan təbili çalmaq istəyirdi. Bu mövzu “Doktor N” romanımda var. Yer üzündə yeganə soyqırım yəhudilərin Holokost soyqırımıdır. Bu, Avropanın sualına qəti cavabdır. Mən hələ Ermənistanın Azərbaycandan işğal etdiyi əraziləri əsir torpaqlar kimi öz siyasi oyununa alət edərək dünya arenasında aqressor kimi çıxış etməsindən danışmıram”.

Xatırladaq ki, yazıçı Çingiz Hüseynov hazırda Qüdsdə yaşayır.

Geri dön