Ana Sayfa > Xəbər > Adil Əliyev: “Ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq”

Adil Əliyev: “Ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq”


16-04-2015, 11:57. Yazar: admin
Adil Əliyev: “Ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq”
“I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi diplomatik uğurdur və bu Azərbaycanın dünyada önəminin artmasına işarədir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev söyləyib.

Onun sözlərinə görə, bu yarış ölkəmizin qarşısında böyük imkanlar açacaq:

“Bu həm də Azərbaycan dövlətinin, Cənab Prezident İlham Əliyevin idmana qayğısının təzahürüdür. Danılmaz faktdır ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və qəbul edilir. Hesab edirəm ki, I Avropa Olimpiya Oyunları ölkəmizin dünyada daha artıq tanınmasına, qəbul olunmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə, turizm potensialının artmasına rəvac verəcək. Bu bütövlükdə xalqın qələbəsidir və ölkəsini, dövlətini sevən hər bir azərbaycanlı bundan qürur hissi keçirir, I Avropa Olimpiya Oyunlarının başlamasını səbirsizliklə gözləyir. Heç şübhəsiz ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq və I Avropa Olimpiya Oyunları Avropa idman oyunları tarixinə qızıl hərflərlə yazılacaq”.

Geri dön