Ana Sayfa > Xəbər > İri sinəli xanımların diqqətinə! İzsiz kiçildə biləcəksiz - ÜSUL
İri sinəli xanımların diqqətinə! İzsiz kiçildə biləcəksiz - ÜSUL16-04-2015, 11:49. Yazar: admin |
“Liposuction” üsulu ilə sinə kiçiltmə əməliyyatları artıq xəyal deyil. İz qalma ehtimalını minimuma endirən bu üsulla qorxularınızdan xilas ola biləcəksiz. Aile.lent.az xanımlar üçün bu əməliyyat haqda bəzi məlumatları təqdim edir. Bildiyimiz kimi, hər estetik əməliyyat sonunda sinədə dairəvi, dikinə, tərs T və ya L şəklində izlərin qalma ehtimalı var. Bu izlər zamanla solsa da, bəzi qadınları narahat edən bir görüntü yarada bilər. Xalq arasında izsiz əməliyyat olaraq bilinən “liposuction” əməliyyatında da izlər qalır. Sadəcə əməliyyat kəsikləri bədənin təbii xətləri üzərində olduğundan o qədər də görünmür. Lazerli “liposuction” üsulu ilə sinə kiçiltmə əməliyyatı çox iz buraxmır və sağalma müddəti çox tezdir. İri döşlər niyə narahatlıq verir? Boyun, çiyin, kürək ağrıları, sinə altında qızarıqlıq, duruş pozuntusu, büstqalter asqılarının yaraya səbəb olması, gündəlik işlərdə və idman etməkdə çətinlik çəkmək, iş və sosial həyatda narahatlıq, geyim seçməkdə çətinlik iri döşlər ucbatından yaşanan problemlərdir. Klassik əməliyyat, yoxsa lazerli “liposuction”? “Liposuction” ilə sinə kiçiltmə əməliyyatı döşlərində çoxlu yağ toxumaları olanlar üçün uyğundur. Qadınlarda yaş irəlilədikcə süd vəziləri korlandığından yağ birləşmələrinin sayı da artır. Çox gənc bir qadının sinə toxuması da yağla zəngin ola bilər. Yaş, ya kilo da əsas faktor deyil. 20 yaşlarında bir xanımda bu əməliyyatla çox daha yaxşı nəticələr almaq mümkündür. Döşlər arasında assimetriyanın düzəldilməsində də lazerli “liposuction”dan istifadə edilir. Sinəsini kiçiltmək istəyən, həcm və ağırlıqdan şikayət edənlər üçün lazerli “liposuction” daha məsləhətlidir. Yaş, boy, kilo təyinedici əlamətlər deyil. Dəri, ya sinə başı nekrozu (toxuma ölümü), döşdə hiss itkisi, yara sağalma problemlərinə rastlanmır və ikinci əməliyyata ehtiyac çox nadir hallarda duyulur. İzin qabararaq sağalması və ya yer dəyişməsi kimi problemlər çox olmur. Əməliyyatdan əvvəl nələrə diqqət edək? Uşaqlı xanımlar südvermə müddəti bitdikdən sonra 6-9 ay gözləməlidir. Siqaretdən istifadə edənlər əməliyyatdan 2 həftə əvvəl siqareti tərgitməlidir. Sinədə fibrikistik xəstəliyin olması əməliyyat üçün əngəl təşkil etməz. Əməliyyatdan sonra nələrə diqqət etməli? Əməliyyatdan sonra bir-iki gün “liposuction” dəliklərindən axıntı gəlir. Bu, problem deyil. 2-3 həftəyə qədər davam edən göyərmə müddəti, 2-4 aya qədər bir hissiyyat olur. 3-5 gün içində gündəlik işlərə geri dönülə və 2 həftə sonra idmanlar edilə bilər. Geri dön |